
"Ferhunde" yeni filmi ilə bomba partladacaq
"Yaprak dökümü" serialından yaxşı tanıdığınız Ferhunde - yəni Deniz Çakır da sentyabrdan etibarən yeni rolunu icra etməyə başlayacaq. Aktrisa "İffet" serialında eyni adlı xarakteri canlandıracaq. Hansı ki, bu layihədə o, gənc yaşında evləndiriləcək. Elə qızın həyat dramı da bundan sonra başlayacaq. Onun əsas məqsədi intiqam olacaq.
Onu da qeyd edək ki, serial "Gold film" tərəfindən çəkiləcək və "Star"tv-də yayımlanacaq. Ssenarisi Zülküf Yücelə aid olacaq, rejissorluğunu isə Faruk Teber edəcək.
Bu film illər öncə Müjde Ar və Faruk Pekerin iştirakı ilə lentə alınmışdı. Bu dəfə Deniz Çakır filmin 2011-2012-ci il versiyasında iştirak edəcək.
Mövzu tükəndiyindən köhnə kinolara müraciət edirlər. Ondansa quru maaşa dolanan, problemlərdən başı açılmayan jurnalistlərdən çəkərdilər. Bu, daha maraqlı serial olardı...
Günel Həbib
O.M.