"Polis Akademiyası"nın məmuru öldü!

"Polis Akademiyası"nın məmuru öldü!

5 Avqust 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)
Aktyorun cəsədi Los-Ancelesdəki evində tapıldı

Bir vaxtların ən populyar komediyası "Polis Akademiyası"nın cüssəli məmuru Haytauer öldü. Bu xarakterə can verən Bubba Smit Amerikadakı evində ölmüş halda tapıldı. 66 yaşlı məşhurun ölüm səbəbləri "təbii hal" deyə dəyərləndirildi. Amma yenə də ani ölümün dəqiq səbəbini əldə etmək üçün istintaq araşdırmaları aparılır.

Bir dönəm Amerika futbol liqasında oynayan, "Super Bovl" mükafatı qazanan Bubba daha sonra bəzi seriallarda rol almağa başladı. 2 metr boyu olan aktyor 1984-cü ildə "Polis Akademiyası"nda göründü. Eyni layihənin 7 bölümündə yardımsevər biri kimi ünə qovuşdu. Serialdan sonra iki fərqli filmdə də oynadı, amma uğur əldə edə bilmədi.

"Polis akademiyası" kinosunu mən də xoşlayırdım. Daha xoşlamıram. Çünki başa düşürəm ki, həyatda polislər gülməli olmurlar...

Günel Həbib

O.M.