“İmperator” seçkilərə qatılır

“İmperator” seçkilərə qatılır

11 Aprel 2011 20:40
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda müalicəsi Almaniyada davam edən İbrahim Tatlıses bu gün vəkili vasitəsilə millət vəkili namizədliyini irəli sürdü. Əhməd Türkmən, "İbrahim bəyin istəyi ilə son anda müraciət etdik. Özü müalicəsi bitər-bitməz Şanlıurfaya gələcək və seçki fəaliyyətinə başlayacaq", - deyə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan onu ziyarət edərkən sənədlərini baş nazirə təqdim edən müğənni sonradan eşitdiklərinə görə çox məyus olmuşdu. Çünki AK partiyası onun namizədliyini irəli sürməmiş, adını siyahıdan çıxarmışdı. Elə buna görə də İbo namizədliyini müstəqil şəkildə irəli sürərək, bununla da bir növ "mən hələ ölməmişəm" mesajını verdi.

Axır ki, qardaş Türkiyədə də deputat olmaq istəyən bir müğənni tapıldı. Parlament başdan-ayağa çal-çağır olacaq. Öz aramızdır, bu, mənə nəyisə xatırladır...

Son anda: xəbəri işləyərkən hansı bölməyə verəcəyimə tərəddüd edirdim. Bu, siyasətdir, hadisədir, yoxsa şou-biznes? Nəhayət, şəxsi təcrübəmə, yəni görüb-götürdüklərimə əsasən seçki xəbərini şou-biznes kateqoriyasına əlavə etməyi qərara aldım.

Günel Şahməmmədova

O.M.