Tünzalə Ağayevanın ailəsində toy oldu

Tünzalə Ağayevanın ailəsində toy oldu

11 Aprel 2011 20:16
6 855
Bəyəndim (0) Bəyənmədim (0)
Nura Suri hamıdan fəal idi


Əməkdar artist Tünzalə Ağayevanın ailəsində gözlənilən gün gəlib çatdı. Qaqaş deyə çağırdıqları Hüseyn qardaşının "Xəmsə" restoranında toyu çalındı. Məclisə gələnlərin arasında təbii ki, şou biznes nümayəndələri də var idi. Sayları çox olmasa da, mehriban görünürdülər. Deyib gülür, əylənirdilər. Ən çox da Nura Suri fəal idi. Müğənni gözəl mahnıları, şux rəqsləri, səmimi hərəkətləri ilə bir növ məclisi ələ almışdı. Müxbirimizin verdiyi məlumata görə, mərasim iştirakçıları arasında heç bir ayrıseçkilik hiss olunmurdu. Peşəsindən asılı olmayaraq, istər incəsənət adamları, istər digər qonaqlar bir nəfər kimi əylənirdilər. Beləcə, tədbir gözəl xatirələr və qucaq dolusu xoş anlarla yadda qaldı.

Xatırladaq ki, 04 aprel tarixində "Tünzalə Ağayeva toya hazırlaşır" başlıqlı məqalədə bu barədə məlumat vermişdik.

Xoşbəxt olsunlar!

Könül Aypara

O.M.