"Təhminə" filminin baş qəhrəmanına ilan hücum etdi

"Təhminə" filminin baş qəhrəmanına ilan hücum etdi

3 Avqust 2011 18:08
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktrisa Meral Konrat əsəb sarsıntısı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa "Gizemli Yol" ("Sirli yol") serialının çəkiliş prosesində xoşagəlməz halla üzləşib.

Çəkiliş prosesi zamanı pavilyona ilan daxil olub. Serialda bir səhnədə çəkilməli olan "Star" adlı ilan saxlandığı qəfəsdən çıxaraq aktyor heyətini qorxuya salıb. Aktyorlar arasında ən çox qorxan isə Meral Konrat olub. İlan fobiası olan Meral xanım sürünənin stolunun altına girdiyini görüncə əsəb sarsıntısı keçirərək huşunu itirib. Aktrisa yoldaşlarının bütün səylərinə baxmayaraq özünə gəlməyərək xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, Meral Konrat azərbaycanlı kino həvəskarlarına da yaxşı tanışdır. Meral xanım Rasim Ocaqovun rejissoru olduğu, Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında çəkilmiş "Təhminə" filmində eyniadlı obrazı canlandırıb.

"Sirli yol" serialında ilan yuvasını tapa bilmədi...

Günel Həbib

O.M.