Şakira sevgi ilə işini birləşdirdi

Şakira sevgi ilə işini birləşdirdi

3 Avqust 2011 14:08
1 059
Bəyəndim (0) Bəyənmədim (0)

Kolumbiyalı müğənni Şakira sevgidə tapdığı xoşbəxtliyi xeyriyyə işlərində istifadə etməyə başlayıb. "Barselona" futbol komandasının oyunçusu Jerard Pique ilə birlikdə olan müğənni "Pies Descalzos" (Çılpaq Ayaq vəqfi) adlı cəmiyyət qurub. Yeni cəmiyyət "Barselona" ilə birlikdə layihə hazırlayıb. Bu günlərdə layihənin təqdimat mərasimi keçirildi. Təqdimatda Karlos Puyol, Jerard Pique, Sercio Busquets kimi futbolçular da iştirak etdilər. Mərasim Floridanın Koral-Qables şəhərində baş tutdu. Şakira jurnalistlərin suallarını cavablandırdığı anda sevgilisinin ona yaxınlaşaraq, qulağına nə isə pıçıldaması gözlərdən qaçmadı.

Cəmiyyətin adı "Çılpaq Ayaq vəqfi" yox, "Çılpaq Bədən vəqfi" adlansaydı, biz də qoşulardıq. Soyunmaq mənasında yox, pulsuzluq mənasında...

Günel Həbib

O.M.