Brus Linin şəxsi əşyaları satılır

Brus Linin şəxsi əşyaları satılır

3 Avqust 2011 13:46
Bəyəndim (0) Bəyənmədim (0)
Kolleksiyada Brus Liyə aid məktub da var

Şərq döyüşlərinin böyük siması Brus Liyə aid şəxsi əşyalar doğulub böyüdüyü Honkonqda 10 avqustda satışa çıxacaq. 13 predmetdən ibarət olan kolleksiyada 1973-cü ildə 32 yaşında vəfat edən idmançı və aktyorun paltarları ilə yanaşı bir məktubu da var. Kolleksiyadakı ən dəyərli əşya isə 1973-cü ildə "Ölüm oyunu" filmində geyindiyi içi kürklü pencəklə 1966-cı ildə dostuna yazdığı məktub olduğu bildirilir. Kolleksiyanın ən az 120 min dollara satılması gözlənilir.

Başa düşə bilmirəm, Brus Li bütün filmlərdə qara şalvarda, cırıq köynəkdə, ayaqyalın olub. Nəyi var idi ki, satılsın? İstəyən olsa, məndə Brus Linin şəkilləri var...

Günel Həbib

O.M.