"Yahşi Cazibe"nin toyu oldu

"Yahşi Cazibe"nin toyu oldu

2 Avqust 2011 15:59
Bəyəndim (0) Bəyənmədim (0)
Hələlik heç kimin bundan xəbəri yoxdur

"Yahşi Cazibe" serialının baş rol ifaçısı Aslıhan Gürbüzlə aktyor Kerem Kupacının evləndiyi xəbəri bu günün bombasıdır. Onların evləndiyinə dair ilk xəbəri aktrisa Belma Canciger "Twitter" səhifəsində hər kəsin nəzərinə çatdırdı. Hətta o, gəlinlə bəyin üzük taxdıqları rəsmi də internetə sızdırdı. Onun sözlərinə görə, ünlülər səssiz-səmirsiz, gözdən-qulaqdan uzaq - dənizin ortasında nikah qıyıblar.

Yaxşı, Cazibə, hamıdan gizli nikah qıymağın nə olduğunu sənə göstərərəm. Artıq bu xəbəri yüzlərlə adam oxuyacaq...

Günel Həbib

O.M.