Bir ay Saxara tətilinə çıxırlar

Bir ay Saxara tətilinə çıxırlar

2 Avqust 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)
Ancelina Coli yayın istisində yeni övladının vətəninə - Efiopiyaya gedir

Amerikalı ünlü aktrisa Ancelina Coli ailəsini övladlığa götürdüyü Zaharanın vətəni Efiopiyaya aparır. Dünya şöhrətli ailəsi üçün Saxaranın qızmar çöllərində yorucu bir tətil planı cızdı. Bred Pitlə İngiltərədə film çəkimlərində ikən uşaqları Addoks, Paks, Şiloh, Knoks və Vivenne darıxmayacaq. Əksinə, onlar bacıları Zaharanın vətəni ilə yaxından tanış olacaq, fərqli tətil keçirəcək, bununla da bacı-qardaşlar arasında mədəniyyət fərqi ortadan qalxacaq.

Pulun olsa, yayın istisində Efiopiya da cənnət olar...

Günel Həbib

O.M.