Otel, təyyarə, üzük yalan imiş...

Otel, təyyarə, üzük yalan imiş...

10 Aprel 2011 19:58
Bəyəndim (0) Bəyənmədim (0)
Ebru sonunda partladı!

Son zamanlar haqqında çıxan xəbərləri qıraqdan izləyən, heç bir münasibət bildirməyən Ebru Gündəşin səbr kasası dolub-daşdı. Müğənni elə qəzəbləndi ki, Yer yerindən oynadı...

"Mən Ebru Gündəşəm! Maddi baxımdan yoldaşım da daxil olmaqla heç kimin köməyinə ehtiyacım yoxdur. Rıza ilə mən bu böyüklükdəki hədiyyələri bu qədər asanlıqla tələffüz edə bilmirik. Bu cür dedi-qoduları çıxararaq mənə, ailəmə və hələ doğulmamış körpəmə stress yaşatmağa heç kimin haqqı yoxdur. Sadəcə bir kəlmə ilə demək istəyirəm ki, heç kim mənə otel bağışlamayıb, mənim üçün xüsusi təyyarə kirayələməyib, mənə bahalı nişan üzüyü bağışlamayıb. Bunu hər kəs belə bilsin!"