Parisin canlı yayın macərası

Parisin canlı yayın macərası

10 Aprel 2011 19:48
Bəyəndim (0) Bəyənmədim (0)

"Hülya Avşar Şou"nun sonuncu yayımına "Yahşi Cazibe" serialından tanıdığımız Hande Katipoğlu (Simge) və balaca iti Badem, yəni Paris də qatılmışdı. Sevimli hərəkətləri ilə tamaşaçıların diqqətini özünə çəkən Paris proqramın irəliləyən dəqiqələrində orijinal hərəkəti ilə zaldakıları gülüşlərə qərq etdi. Belə ki, sahibəsi Hande birdən-birə, "Ah, tualetə gedir bu an", - deyə qışqırınca Hülya yerindən sıçradı. Xeyli pərt olan aktrisa isə, "Əslində hər şeyin yerini bilən bir itdir", - deyə bildirdi. Hülya isə, "Badem, sənə göz dəydi, göz", - söyləyərək, birtəhər vəziyyətdən çıxış yolu tapdı.