Nadir Qafarzadə Sərxan Kərəmoğluna acıqlanıb! - QALMAQAL

Nadir Qafarzadə Sərxan Kərəmoğluna acıqlanıb! - QALMAQAL

25 Avqust 2015 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
"Çaşma, mənə heç kim əmr edə bilməz!"

Ötən gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyunda müğənni Nadir Qafarzadə ilə aparıcı-aktyor Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb.

Toya gələn müğənni və aparıcı arasında mübahisə düşüb. Belə ki, məclisin aparıcısı səhnəyə müğənni Nadir Qafarzadəni dəvət edib. Səhnəyə qalxan Nadir Qafarzadəyə Sərxan Kərəmoğlu "Nadir, oxu". Aktyorun bu sözləri isə N.Qafarzadənin xoşuna gəlməyib. O, S.Kərəmoğluna "Çaşma, mənə heç kəs əmr edə bilməz" deyərək cavab verib. İfasını bitirdikdən sonra müğənni məkanı tərk edib. (lent)

Mediainfo.az