Elza Seydcahanın ailəsində sevincli gün

Elza Seydcahanın ailəsində sevincli gün

19 Avqust 2015 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün əməkdar artist Elza Seyidcahanın ailəsində böyük sevinc yaşanır. Belə ki, bəstəkar-müğənninin qızı Gülşənin xına mərasimi baş tutacaq.

Bu barədə danışan müğənni çox sevincli olduğunu və övladı üçün qeyri-adi xınayaxdı mərasim təşkil edəcəyini deyib:

"Mərasim su üzərində olan məkanların birində baş tutacaq. Tanrımdan çox razıyam. Bütün subaylara qismət olsun".

Xatırladaq ki, əməkdar artistin qızı Elxan Əlisatov adlı fotoqrafla ailə qurur. Cütlüyün toy mərasimi avqustun 24-də baş tutacaq.

Mediainfo.az