Məhkəmə Nurgül Yeşilçaya kələk gələnlər haqda ölçü götürdü

Məhkəmə Nurgül Yeşilçaya kələk gələnlər haqda ölçü götürdü

12 Avqust 2015 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, 2008-ci ildə Türkiyənin tanınmış aktrisası Nurgül Yeşilçay şirkət sahibi kimi özünü təqdim edən Turqut İlter və köməkçisi Hülya Baykara adlı iki şəxslə tanış olub. Aktrisa ilə menecerinin vasitəsilə görüşən bu cütlük N.Yeşilçay üçün internetdə səhifə açmaq, haqqında məlumat yerləşdirmək və internet izləyiciləri üçün hər gün məlumatları təzələmək təklifini irəli sürüblər. Nurgül böyük məmnuniyyətlə razılığını bildirib. Turqut və Hülya bunun müqabilində aktrisadan 265 TL istəyiblər. Aktrisa da kredit kartının məlumatlarını onlara təqdim edib. Turqut və Hülya həmin məlumatlardan bir dəfə istifadə etməli olduqları halda dəfələrlə istifadə ediblər. Nəticədə məbləğ şişib.

4 ildir ki, bu səbəbdən məhkəmə çəkişməsi nəhayət ki, sona çatdı. Turqut İlter hələ də axtarışda olduğu üçün əlbir olduğu Hülya Baykara həbs olundu. O, "Bank və kredit kartlarından icazəsiz istifadə" maddəsi ilə təqsirli bilinərək, 2 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu. O ki qaldı Turqut bəyə, o da tezliklə tapılıb, cəzasını çəkəcək.

Günel Həbib