Tatlısesi robot idarə edəcək

Tatlısesi robot idarə edəcək

10 Aprel 2011 13:02
1 363
Bəyəndim (0) Bəyənmədim (0)

Münhen, 10 aprel - O.M.

Silahlı hücumda yaralanan İbrahim Tatlısesin müalicəsi Almaniyanın Münhen şəhərindəki Murnau klinikasında davam edir. Bandajları açılan müğənninin sol hissəsinə, yəni əl və ayağına kompüterli robot taxılacağı bildirilib.

İbrahim Tatlıses müalicə gördüyü Münhen yaxınlığındakı Murnau qəza və zədə klinikasında həftə sonunu dincəlməklə keçirib. Dünən palataya sənətçi üçün xüsusi yeməklər gətirilib. Meneceri Əyyub Kanat tərəfindən hazırladılan yeməklərin içində kabab və çiy küftə, eləcə də bol göy-göyərti olduğu öyrənilib. O ki qaldı Tatlısesin istirahətinə, alınan xəbərlərə görə, "imperator" otağında yalnız Türkiyənin "TRT" kanalını izləyir.

O.M.