Emrah məhəllədəki villaları alacaq - FOTO

Emrah məhəllədəki villaları alacaq - FOTO

7 Avqust 2015 11:15
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin qisas planı

Əgər xatırlayırsınızsa, Türkiyənin pop ulduzu Emrahın Bodrumdakı villasındaxoşagəlməz olay baş verməsi haqda məlumat vermişdik: ev sahibinin İstanbulda olmasından istifadə edən qonşular villaya hücum etmiş, müğənninin ailə üzvlərinə bıçaqla hədə-qorxu gəlmişdilər. Doğrudur, hazırda iş məhkəmədədir. Amma bununla belə, Emrahın içindəki intiqam alovu sönməyib.

Mediainfo.az-ın əldə etdiyi məlumata görə, tanınmış sənətçi iş adamı olan dostlarından ona yardım etməyi xahiş edib. Belə ki, Emrah məhəllədə yerləşən 28 villanın 26-nı (biri özünə, digəri isə qalmaqal yaşadığı qonşusuna məxsusdur) satın almağı planlaşdırıb. "Qiyməti nə olrsa-olsun, satın alın!" – deyə göstəriş verən müğənni qonşusundan qisas almağı qarşısına məqsəd qoyub.

Günel Həbib