Hər birimizin həyatından Herri Potter keçdi...

Hər birimizin həyatından Herri Potter keçdi...

8 İyul 2011 15:45
909
Bəyəndim (0) Bəyənmədim (0)
"Herri Potter" silsiləsi SONA çatdı

Fantastik filmin ən uğurlu işlərindən biri olan, sadəcə filmdə deyil, ədəbiyyatda da böyük uğur əldə edən "Herri Potter" nəhəng heyəti ilə həm hüznlü, həm də keyifli qala-konsert təşkil etdi. Cey Roulinqin ədəbiyyatdan film sektoruna keçid alan "Herri Potter" kitabının son bölümü olan "Herri Potter - Ölüm yadigarları"nın ikinci hissəsinin premyerası keçirildi. Emma Vatson, Rupert Qrint ve Daniel Radkliffenin illər içində dəyişikliyinə bütün dünya şahid oldu. Onlar uşaq yaşlarından nəhəng, möcüzəli dünyaya ayaq basıb, böyüklü-kiçikli hər kəsin hafizəsinin bir küncünə sığışdılar. Xüsusilə də "Herri Potter" fanlarının yadında qaldılar. Londonun Trafalqar meydanındakı mərasimdə silsilə filmlərinin SONunda duyğu dolu anlar yaşandı.

Mən də çox duyğulandım. Ona görə ki, bu yazım xoşuma gəlmədi...

Günel Həbib

O.M.