Əfsanəvi kino serial kimi qayıdır

Əfsanəvi kino serial kimi qayıdır

7 İyul 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
"Selvi boylum, al yazmalım"da möhtəşəm simalar görüşünüzə gələcək

"Sevgi nə idi? Sevgi əməkdir" - bu sözləri eşitməyimizə az qaldı. Belə ki, Atif Yılmazın unudulmaz "Selvi boylum, al yazmalım" filmi serial olaraq ekranlara qayıdır. Bir vaxtlar baş rolları Türkan Şoray, Kadir İnanır və Ahmet Mekinin paylaşdığı film 1977-ci ildən bu yana ilk dəfə lentə alınır. Ancaq bu dəfə serial olaraq...

"Selvi boylum, al yazmalım" yeni mövsümdən etibarən Türkiyənin "ATV" televiziya kanalında tamaşaçılarla görüşməyə hazırlaşır. "Ay yapım"ın kanal üçün çəkəcəyi serialda Türkan Şorayı Özge Özpirinçci, Kadır İnanırı isə "Muhteşem yüzyıl"da Hürrem sultanın sevgilisini canlandıran (rəssam Leonu) Seçkin Özdemir əvəz edəcək. Ahmet Mekinin Cemşid rolunu isə "Ezel"in Kerpeten Alisi Barış Falay ifa edəcək. Serialın musiqilərinin kimə həvalə olunacağı isə maraq mövzusu olaraq qalıb.

Acı bağırsaq həvəskarlarının gözü aydın olsun. Bu dəfəki serial uzandıqca uzanacaq...

Günel Həbib

O.M.