Aqil M.Quliyev "Kubinka"nı tezliklə bitirəcək

Aqil M.Quliyev "Kubinka"nı tezliklə bitirəcək

7 İyul 2011 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

"Mənim şou-biznesimizə qarşı fikrimi demək olar ki, hamı bilir. Saxtakar şou-biznes nümayəndələri ilə aram yoxdur!" - deyən rejissor Aqil M.Quliyev sən demə, bu vaxta kimi film çəkilişləri ilə məşğul imiş. Üç seriyadan ibarət olan "Kubinka" adlı filmin çəkilişləri tezliklə bitərək, tamaşaçıların ixtiyarına buraxılacaq. Onu da əlavə edək ki, filmin süjet xəttini 1895-ci ildən bəri Bakı şəhərinin başına gələn hadisələr təşkil edir. Tarixi filmdə qeyri-adi məqamlara toxunulub. Eyni zamanda paytaxtımızda baş vermiş və üzə çıxmayan anlar lentə alınıb.

Niyə məhz "kubinka" mövzusu? Bunu bir Aqil bilir, bir də Allahı...

Könül Aypara

O.M.