"Ulduz xəstəliyinə" tutulan aktyor alkoqolik oldu

"Ulduz xəstəliyinə" tutulan aktyor alkoqolik oldu

6 İyul 2011 18:05
Bəyəndim (0) Bəyənmədim (0)
"Harry Potter" filmlərinin ulduzu həyatından danışdı

11 yaşında kiçik uşaq ikən "Harry Potter" filmlərində rol alan Daniel Radcliffe qısa müddət ərzində könülləri fəth etdi. Ancaq bu şöhrətin görünməyən - qaranlıq tərəfinin olduğunu da son müsahibəsində açıqladı. "GQ" jurnalına müsahibə verən aktyor erkən yaşlarında ulduz olduğu üçün başının gicəlləndiyini vurğuladı və əlavə etdi: "Yaşadıqlarımdan zövq almaq üçün hər zaman alkoqola ehtiyac duyurdum". Aktyor zamanlar ulduz həyatına alışdığı üçün yaşadı alkoqol problemini də bununla əlaqələndirir. 48 milyon funt-sterlinqin sahibi olan Radcliffe 2010-cu ilin avqust ayından etibarən alkoqoldan uzaqlaşdığını və sevgilisi ilə sakit həyat tərzi sürdüyünü bildirdi. "İndiki ağlınla kiçikliyinə dönsən, o illərdəki halına nə məsləhət görərdin?" - sualına Harry, "Olmadığın bir insan olmaq üçün çox cəhd göstərmə!" - deyə cavab verdi.

Kişinin iki sevgilisi ola bilməz. Ya qadın, ya da spirtli içkiyə könlünü verməlidir. Qadına spirtli içki ilə xəyanət edən adam bilməlidir ki, qadın da ona eyni vasitə ilə xəyanət edə bilər.

Günel Həbib

O.M.