"Xoruldama otağı" dəbi

"Xoruldama otağı" dəbi

6 İyul 2011 13:55
Bəyəndim (0) Bəyənmədim (0)
Yaxınlarının rahat yatması üçün ünlülər bir ətək pul tökürlər

İngiltərədə aparılan araşdırmaya görə, insanların 45 faizi xoruldayır. Bunlardan 25 faizində bu, xroniki xüsusiyyət daşıyır. Məhz elə bu səbəbdən içində Tom Kruz kimi ünlünün olduğu bir çox insanın evlərində səs keçirməyən otaqlar var. İngilis "Telegraph" qəzetində yer alan xəbərə görə, 49 yaşlı aktyor Tom 20 milyon dollarlıq evindəki qonaq otağından birini "xoruldama otağına" çevirib. Bu otağın qapısı bağlandığında xaricə səs çıxmır. Bu səbəbdən Keyt Holms və qızı Suri rahat bir yuxuya dalırlar. Məlumata görə, bu tip otaqlar yüz min dollara başa gəlir.

Bizim qonşumuz da bərk xoruldayır. Pulum olsaydı, pambıq alıb qulaqlarıma keçirərdim...

Günel Həbib

O.M.