Ancelina Coli kişi olmağı üstün tutdu

Ancelina Coli kişi olmağı üstün tutdu

1 İyul 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
Adam kişi olar!

Hollivudun məşhur aktrisası Ancelina Coli yeni çəkildiyi "Salt" filmində kişi olacaq. İngiltərənin "Daily Mail" qəzeti filmə aid xüsusi foto-şəkilləri əldə edərək nəşr edib. Məlumata görə, filmdə rus casusu olmaqda ittiham olunan Mərkəzi Kəşfiyyat İdarəsinin agentini canlandıran Coli bu nöqtədə kişi libası geyinmək məcburiyyətində qalır. Kişi rolu isə aktrisanın çox xoşuna gəlib.

"Oğlumla başqası kimi söhbət etmək qeyri-adi, eyni zamanda çox əyləncəli idi. Nəhayət, ona Maks deyə səsləndim və o məni tanıdı", deyə A. Coli qeyd edib.

Qadın var ki, kişi kimidir. Elə kişilər də var ki, qadından da betərdir...

Günel Həbib

O.M.