Tatlısesin böyük oğlu gömrükdə saxlanıldı

Tatlısesin böyük oğlu gömrükdə saxlanıldı

8 Aprel 2011 15:16
Bəyəndim (0) Bəyənmədim (0)

Atasının ardından yola çıxan Ahmet Tatlı gömrükdə problemlə üzləşdi. Belə ki, çantasında olan 70 min avro nağd pulu sərhədin o tayına keçirmək istəyən Tatlıya aidiyyəti orqanlar müdaxilə etdilər.

Ondan 10 min avrodan artıq nağd pulun 16 %-ni vergi kimi ödənməsi istənildi. Lakin araya girən Münhen polis rəisi bu insanların toxunulmazlıq haqlarının olduğunu söylədi. Və beləcə Ahmet pulu atasına çatdıra bildi.

Münhendən bir az aralıda - Murnau qəsəbəsindəki klinikada müalicəsi davam etdirilən "imperatorun" yanına heç kim buraxılmır. Sivil polislər və oğlu Ahmet üçün xəstəxananın hotelində 7 otaq ayrılıb. Həkimlər və ailə üzvləri onun səhhəti ilə bağlı hər hansı bir məlumat verməkdən çəkinirlər. Qürbətdə olmasına baxmayaraq, sənətçini heyranları Almaniyada da yalnız buraxmır. Onlar kumirlərinin yenidən ayağa qalxması üçün hər gün dualar etdiklərini söyləyirlər.

Bu günlərdə sənətçi Almaniya mediasının da qonağı olub. İbrahim Tatlıses "Murnau Tageblatt" qəzetinin üz qabığının ulduzuna çevrilib.

O.M.