Əlikram Bayramov: "Mənim ayın otuz günündə də toyum var"

Əlikram Bayramov: "Mənim ayın otuz günündə də toyum var"

30 İyun 2011 13:16
1 404
Bəyəndim (0) Bəyənmədim (0)

"İmicimdə dəyişiklik edəcəyəm, məni tanımayacaqsınız", - deyə tez-tez təkrarlayan Əlikram Bayramov haqda yeniliklərimiz var. Söz versə də, hələ də heç bir dəyişiklik etməməsinin səbəbini müğənnidən soruşduq. "Nə kimi dəyişiklik olacaq? Bəlkə əməliyyat etdirməklə nəsə dəyişiklik edəcəksiniz?" sualına Əlikram belə cavablandırdı:

- Mən kişiyəm! Kişi də əməliyyat etdirər? Xeyr! Belə bir fikrim yoxdur. Sadəcə olaraq, bir müğənni, seçilən şəxs kimi arıqlamağı və imicimdə fərqlilik etməyi düşünürəm. Yəni arıqlayıb, geyim-keçimimdə dəyişiklik edəcəyəm. Bununla da məncə, bir az fərqlənəcəyəm.

- Bəs bu "cavanlaşma" nə vaxta planlaşdırılıb? Axı vaxt gedir...

- Başa düşürəm, amma başım gözümün ağı-qarası olan bircə balam Qabilin ali məktəbə hazırlaşmasına qarışıb. Tezliklə o, imtahanını versin, cavablar açıqlansın, sonra böyük ruh yüksəkliyi ilə bu işə start verəcəyəm.

- Bir ara dünyanı ağuşuna almış iqtisadi böhranla bağlı müğənnilər toy qiymətlərini aşağı salmışdılar. Artıq vəziyyət azacıq da olsa, düzəlib. Qiymətlər yenidən göyün yeddinci qatına qalxıb, yəni süni şəkildə şişirdilib. Sizdə vəziyyət necədir?

- Mən yenə də həmin qiymətdə qalmışam.Toylara 3000-3500 manat arası gedirəm və şükür Allaha ki, ayın 30 günündə də toylarım var. Acgözlük nəyə lazım? Allah insana bu səsi verib, çörəkpulum çıxsın, bəsimdir. Razıyam, Allahımdan yerlə göy qədər razıyam.

Könül Aypara