Ledi Qaqa oğurluq edib?!

Ledi Qaqa oğurluq edib?!

29 İyun 2011 15:40
Bəyəndim (0) Bəyənmədim (0)
Məşhur müğənni məhkəməyə verilib

Qalmaqallı müğənni Ledi Qaqa məhkəməlik oldu. İddia isə ondan ibarətdir ki, guya o, Yaponiya üçün verdiyi xeyriyyə konsertindən əldə olunan gəlirin bir qismini cibinə qoyub. Vəkil Ari Kreş Miçiqan məhkəməsində çıxış edib və bildirib ki, konsertdə satılan bilərziklərin bazar qiyməti 3.99 dollardır. Amma konsert zamanı bilərziklər 5 dollardan satılıb. Aradakı pul fərqi isə Ledinin bank hesabına yatırılıb.

Ötən həftə Yaponiyaya gedən Ledi Qaqa mətbuat önündə göz yaşlarına hakim ola bilməmişdi. Əksəriyyət bunu "timsah göz yaşları" deyə adlandırırdı, yəni yalançı.

Qəribə dünyadır. Xeyriyyəçilik edəni də tuturlar...

Günel Həbib

O.M.