Super baldıza alt paltarı  təklifi

Super baldıza alt paltarı təklifi

28 İyun 2011 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Kraliyyət toyunda Aleksandr McQueen imzalı paltar geyinən Pippa Midletona iş təklifi var. Üstəlik, bu təklif repçi Aşerdən gəlib. Repçi "Daily Star" qəzetinə bunları açıqlayıb: "Məncə, hazırda dünyada ondan çox haqqında danışılan, çəkici bir qadın yoxdur. Əminəm ki, hər kəs onunla işbirliyi qurmaq istəyərdi". Aşerin Pippa ilə yeni alt paltarı firması açmaq istəməsi elə də təəccübləndirici deyil. Çünki qısa müddət bundan öncə bu xanım ən qısqanılan bikini yarışmasında Meqan Foks və Rihannanı geridə qoymuş, birinciliyi qazanmışdı. Londondakı "Harley Street Skin Clinic"dən Lesley Xan bunları dilə gətirib: "Mükəmməl arxaya sahib olmaq istəyən xanım müştərilərimiz o qədər çoxdur ki. Bir neçə il öncə hər kəs Cenifer Lopez olmaq istəyirdi. Amma indi hər kəs Pippa Midleton olmaq istəyir". Xatırladaq ki, söhbət İngiltərə şahzadəsi Uilyamın baldızından gedir.

"Arxadan vurulan zərbə".

Günel Həbib

O.M.