Aktrisalar yeni mövsümdə rəqib olacaqlar

Aktrisalar yeni mövsümdə rəqib olacaqlar

28 İyun 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Aşk ve Ceza"dan sonra Nurgül Yeşilçay "Sensiz olmaz" serialı ilə yeni mövsümə qədəm qoyacaq. Türkiyənin "Şou TV" ekranlarından izləyicilərin görüşünə gələcək olan Nurgülün rəqibi Gökçe Bahadır olacaq. Hansı ki, sonuncu "Yaprak dökümü"ndə Leyla obrazını canlandırırdı. Filmdə Nurgül uşağı üçün ilik axtarmaq məcburiyyətində qalacaq. Bunun üçün də boşandığı əri ilə yenidən bir araya gəlmək istəyəcək. Onu da xatırladaq ki, "Sensiz olmaz"da Nurgülün anasını "Yaprak dökümü"nün Hayriyə xanımı - yəni Güvən Hokna canlandıracaq.

Bu seriallara görə çox evlərdə dava düşür. Çünki bəzi qadınlar ərlərindən çox serial qəhrəmanlarını tanıyırlar. Serial haqda yazılarımın serial kimi davamı olacaq.

Günel Həbib

O.M.