Nazarbayev yazdı, Ferhat Göçer səsləndirdi

Nazarbayev yazdı, Ferhat Göçer səsləndirdi

28 İyun 2011 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Ferhat Göçer Qazaxıstanın azadlığının 20-ci il dönümündə Astanada iki gün konsert verib. O, repertuarına daxil etdiyi 3 qazax mahnısı ilə dinləyicilərinə sürpriz edib. "Ulduzum" və "Kamacay" mahnılarının ardından ulduz Nursultan Nazarbayevin sözlərinə yazdığı "Ush Konry"i səsləndirib. Qəhrəmanlıq mövzusunda yazılan mahnını oxuduqdan sonra Ferhat Göçer konsert salonunu dolduran qazax xalqı və dövlət rəsmiləri tərəfindən alqış yağmuruna tutulub. Ferhat, "Mahnının duyğuları o qədər güclüdür ki, onu sevərək səsləndirdim. Onların dilindəki mahnıları onlarla birlikdə oxumaq təsəvvür edilməyəcək qədər həyəcanlı idi. İstiqanlı olan qazax xalqı ilə yenidən bir araya gəlmək istəyərdim", - deyə müsahibə verib.

Bu mahnıya qulaq asmışam, amma bir şey başa düşmədim. Sonra da deyirlər dilimiz eynidir.

Günel Həbib

O.M.