Riçard Gir buddistlərin ilk məbədində oldu

Riçard Gir buddistlərin ilk məbədində oldu

28 İyun 2011 11:19
807
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur film ulduzu Riçard Gir İndoneziyanın Cava əyalətinə bağlı olan Magelanqda oldu. O, burada yerləşən dünyanın ilk Buddizm məbədi olan Borobuduru ziyarət etdi. Ölkənin Mədəniyyət Nazirliyi tərəfindən xüsusilə dəvət edilən aktyor üçün məbəddə proqram tərtib olundu. Qeyd edək ki, Borobudur buddistlərin ilk məbədi olaraq bilinir. Qara bazalt daşlardan ibarət olan məbədin üzərindəki rəsm və fiqurlar elm adamlarının da marağını cəlb edir.

Əslində, şou biznes əhli də bütpərəst sayılır. Onların itaət elədiyi büt isə puldur...

Günel Həbib

O.M.