Alqışlar Beyonsun şərəfinə idi

Alqışlar Beyonsun şərəfinə idi

28 İyun 2011 11:05
905
Bəyəndim (0) Bəyənmədim (0)
Səhnədə parladı...

İngiltərədəki (baş nazir Kameronun yaxın dostunun cəsədinin tapıldığı yerdə) "Glastonbury" musiqi festivalının finalına Beyons Noules damğasını vurdu. Qısa şort və qızılı rəngli pencəyi ilə o, gecəyə rəng qatdı. Amerikalı müğənni onu izləməyə gələnlərə həzz dolu dəqiqələr yaşatdı. Həyat yoldaşı Jay-Z ilə Qvinet Peltrou onu ön sıradan izlədi. Heyranlarını rəqsləri ilə coşduran Beynos rokçuların çox olduğu festivalda özünü də onlardan biri kimi gördüyünü vurğulayaraq, "Xəyallarımın reallaşdığı anın şahidi olursunuz", - dedi. Xatırladaq ki, adıçəkilən festival bu il 40-cı dəfə idi ki, keçirilirdi. Pis hava şəraitinə baxmayaraq, bu mərasim 3 gün 3 gecə davam etdi.

Əvvəllər toylar da 3 gün, 3 gücə keçirilirdi. Belə çıxır ki, Beyons da toy biznesinə girişəcək...

Günel Həbib

O.M.