Xalq artisti ağır əməliyyata məruz qaldı!

Xalq artisti ağır əməliyyata məruz qaldı!

24 İyun 2011 18:32
1 022
Bəyəndim (0) Bəyənmədim (0)
Çəkilişlərdəki işıqlar müğənninin gözlərini korlayıb

Azərbaycanın xalq artisti, "Yeni Ulduz" müsabiqəsinin daimi "iştirakçısı", "intəhası" ləqəbi ilə tanınıb-sevilən sənətkarımız Mübariz Tağıyev əməliyyat olunub! O, Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda insanın ən yaxın dostları olan gözlərindən əməliyyat olunub. "Hər iki gözümdən xeyli vaxtdır ki, şikayətlənirdim. Sən demə, birində "katarakma", digərində isə "qlakoma" xəstəlikləri varmış. Müayinədən sonra həkimlər təcili əməliyyatı vacib bildilər. İndi özümü yaxşı hiss edirəm. Tezliklə sağ gözümdəki problemin də aradan qalxacağına inanıram", - deyən xalq artisti bir müddət çəkiliş işıqlarından uzaq duracağını da bildirdi.

"Gözlər qəlbin aynasıdır", - deyiblər. Allah heç kimi gözsüz eləməsin ki, onun qəlbindəkilərini də hiss etmək mümkün olsun.

Könül Aypara