Müğənni Ümman Türkiyənin əfsanə səsi Sezi Çeşitli ilə oxuduğu dueti təqdim edib

Müğənni Ümman Türkiyənin əfsanə səsi Sezi Çeşitli ilə oxuduğu dueti təqdim edib

8 Yanvar 2015 17:19
1 016
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı müğənni Ümman 2015-ci ilin ilk ayında Türkiyənin əfsanə səsi Sezi Çeşitli ilə oxuduğu dueti təqdim edib. "Yalnız kaldık" adlı mahnının sözləri Türkiyədə olduğu qədər Azərbaycanda da tanınan şairə Aişə Birgül Yılmazın, musiqisi isə Azər Nəsibovundur. Sözügedən duetin ideyası mahnının müəlliflərinə aiddir və tanınmış prodüser-rejissor Rəhman Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Mahnının məşqləri tanınmış türk aranjimançı Səlim Çaldıranın İstanbulda yerləşən "Maestro" studiyasında edilib. Bunun üçün Ümman xanım ötən ilin oktyabr ayında İstanbula yola düşmüşdü. Mahnının aranjimanı Yaşar Baxış və Elvin Musayevə məxsusdur. Bəzi canlı alətlər İstanbulda türk musiqiçiləri tərəfindən müşayiət olunub. Mahnının sound masteringi Los Ancelensdə yerləşən və bir çox dünya ulduzlarının ifalarının lentə alındığı "Studio Pros"da edilib. Səs rejissoru Elçin Əhmədovdur. Qeyd edək ki, mahnı yaxın günlərdə yerli radiolarımızda da səslənəcək. Bununla yanaşı, mahnıya klip də çəkiləcək. Klip çəkilişləri isə məhz Türkiyənin İzmir şəhərində aparılacaq. Klipin rejissorluğunu Rəhman Əliyev, operator işini isə Səid həyata keçirəcək. Qeyd edək ki, Sezi Çeşitli Türkiyədə bir vaxtlar məşhur olan "Tual" qrupunun solisti olub. Sənətçi "Tiryakinim", "Kasım", "Kadınım", "Ayrılık" kimi tanınan mahnıların ifaçısı kimi Azərbaycanda da çox məşhurdur.

Mediainfo.az