"Medcezir"in Kenanı Bakıda - FOTO

"Medcezir"in Kenanı Bakıda - FOTO

6 Yanvar 2015 11:01
Bəyəndim (0) Bəyənmədim (0)
"İndən belə Azərbaycana tez-tez gələcəyəm"

Türkiyənin məşhur "Medcezir" serialının baş oyunçularından biri olan Ali Aksöz ("Kenan" obrazını canlandırır) Yeni il ərəfəsində Azərbaycanda olub. Belə ki, dostlarının dəvəti ilə Bakıdakı məclislərin birinə qatılan məşhur aktyor "Tarqoviy" küçəsində gəzişərkən görüntülənib. Ali Aksöz şəhərimizə valeh olduğunu dilə gətirərək, azərbaycanlıların qonaqpərvərliyindən ağızdolusu danışıb:

- Adamların mənə diqqətlə baxdıqlarını gördükcə çaşıb qalırdım. Hətta şəkil çəkdirənlər də olurdu. Çox sevindim. Anladım ki, "Medcezir" Azərbaycanda da yayımlanır və tamaşaçılar tərəfindən maraqla izlənilir. İndən belə Azərbaycana tez-tez gələcəyəm. Qardaş ölkəyə vurulmamaq mümkün deyil.

Hazırladı: Könül Aypara