İbo millət vəkili olmaqda israrlıdır

İbo millət vəkili olmaqda israrlıdır

5 Yanvar 2015 10:57
Bəyəndim (0) Bəyənmədim (0)
"İşlərə başlayacağam!"

Mediainfo.az-ın məlumatına görə, tanınmış türk sənətçisi İbrahim Tatlıses 2011-ci ildə Türkiyədə keçirilən seçkilərdə millət vəkili olmaq üçün namizədliyini irəli sürmüşdü. Lakin silahlı hücuma məruz qaldığından namizədliyini geri götürmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, məlum səbəblərdən üzün müddətdir ki, Almaniyada müalicə alan İbo yenidən millət vəkili namizədliyini irəli sürmək qərarına gəlib:

"Bu dəfə məni heç kim fikrimdən daşındıra bilməyəcək! Çünki bu dəfə qızım Elif Ada üçün addım atacağam. Həmyerlilərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdan kimi işlərə başlayacağam. Sevənlərimə müraciət etmək istədim bu xəbəri. Bundan sonra vətənə xidmətdə sərhəd olmayacaq. Hörmətlə: yeni millət vəkili namizədiniz Şanlıurfalı İbrahim Tatlıses".

Günel Həbib