Nazənin - Təranə məhkəməsi başlayır

Nazənin - Təranə məhkəməsi başlayır

26 Dekabr 2014 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xətai rayon Məhkəməsində müğənni Nazəninin (Salayeva Nazənin) həmkarı Təranə Qumrala (İbrahimova Təranə) qarşı iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclası təxirə salınıb. hakim Raziyə Ataşovanın sədrliyi ilə keçirilən prosesin daha öncə keçirilən iclasında Nazəninin həyat yoldaşı ifadə verib. Vəkil Adəm Məmmədov bildirib ki, müğənninin həyat yoldaşı Təranə Qumralla arasındakı münasibətə aydınlıq gətirib: " Nazənin xanımın həyat yoldaşı müğənni Təranə Qumralla olan telefon danışıqlarının, eləcə də anten dairənin müəyyən olmasını üçün addımların atılmasını xahiş edib. Vəsatət təmin edilib və məlumatların əldə edilməsi üçün "Azercell Telecom"a sorğu göndərilib. İş ekspertizaya göndərildiyi üçün məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb".

Vəkili A.Məmmədov bildirib ki, Təranə xanımın dediyi şəxs Nazənin xanımın qanuni əri olduğu təsdiqlənib: "Nazənin xanımın həmin şəxslə evli olması ilə bağlı rəsmi nikah şəhadətnaməsini məhkəməyə təqdim etdik. Bu sənəd qarşı tərəfə də sübut kimi təqdim olundu".

Qeyd edək ki, T.Qumral mətbuata açıqlama verərək bildirmişdi ki, həmin şəxs Nazəninin rəsmən həyat yoldaşı deyil.

Mediainfo.az