Neslişah Alkoçlar qəza törədib - FOTO

Neslişah Alkoçlar qəza törədib - FOTO

24 Dekabr 2014 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, aktyor Engin Altan Düzyatanın həyat yoldaşı Neslişah Alkoçlar srağagün Bebekdə qəza törədib. Belə ki, ərinə məxsus "JEEP"i idarə edən Neslişah taksiyə çırpılıb. Nəticədə hər iki maşın xəsarət alıb.

Lakin N.Alkoçlar günahın onda olmadığını deyir: "Mən maşını geri verirdim. O, qəfildən peyda oldu. Günah məndə yox, taksi sürücüsündə oldu".

Qeyd edək ki, Neslişah hadisədən sonra möhkəm stress keçirdiyi üçün həkimə müraciət etməli olub.

Günel Həbib