Deputat Elza Seyidcahan haqda sərt danışdı!

Deputat Elza Seyidcahan haqda sərt danışdı!

24 Dekabr 2014 10:53
Bəyəndim (0) Bəyənmədim (0)
“Elzaya salam versəm, əlimi paltar sabunu ilə yuyaram”

"Elza Seyidcahan bu sözü özündən uydurub. İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir".

Bu sözləri musavat.com-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. E. Seyidcahanın bəzi icra başçılarının ona deputatlıq təklif etməsi haqda açıqlamasına münasibət bildirən Ə. Abıyev əlavə edib ki, Elza deputatlığa layiq namizəd deyil: "O, getsin heyvanlara mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi var?!"

"Elza Seyidcahanla şəxsi tanışlığınız varmı?" sualına Ə.Abıyev belə cavab verib:

"Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram. Bir daha deyirəm, bu qadın özündən uydurub o sözü, çünki heç bir özünə hörmət qoyan icra başçısı o cür söz deməz".

Mediainfo.az