Türk vətəndaşının mənzilindən oğurluq edilib

Türk vətəndaşının mənzilindən oğurluq edilib

22 Dekabr 2014 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda Türkiyə vətəndaşın mənzilindən pul oğurlanıb.Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Ayhan Yıldızın evindən 850 manat oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Ucar rayon sakini Afiyət İslamova saxlanılıb.

Mediainfo.az