Təvəkkül Əliyev gənc müğənni Nicata dəstək oldu

Təvəkkül Əliyev gənc müğənni Nicata dəstək oldu

22 Dekabr 2014 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar artist aktyor Təvəkkül Əliyev gənc istedadlara dəstək olmaqda davam edir. Aktyor bu dəfə heç bir təmənna güdmədən gənc müğənni Nicat Hüseyinzadənin ifa etdiyi "Söylə" adlı türk mahnısına çəkdirdiyi klipdə rol alıb. Bənzərsiz rolları ilə tamaşaçıların rəğbətini qazanmış sənətkar klipdə ata obrazını canlandırıb. Klipdə çəkilmək üçün təklifi rejissor Tofiq Teymuroğlu edib. Əməkdar artist öz növbəsində klipdə çəkilmək üçün Lənkərandan Bakıya gəlib. Bu haqda danışan T. Əliyev "gənc istedadlara dəstək olmaq, onlarla çalışmaq mənə yaradıcılıq stimulu verir"-deyərək, heç bir tərəddüd etmədən rejissorun təklifini anında qəbul etdiyini vurğulayıb. Xatırladaq ki, Təvəkkül Əliyev N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorudur. 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdi. Qeyd edək ki, klip çəkilən sözügedən mahnı türk müğənnisi Muzzez Ersoyun repertuarındandır. Mini-film şəklində çəkilən klipin rejissoru Tofiq Teymuroğlu, ssenari müəllifi Məftunə Əhmədzadədir. Klipdə eləcə də gənc aktyorlar Xətai Ali Orucov, Ceyla Qasımova və Sevda Hüseynova da rol alıblar.

Mediainfo.az