Yaşar Cəlilov gələn ilin planlarını açıqlayıb

Yaşar Cəlilov gələn ilin planlarını açıqlayıb

22 Dekabr 2014 15:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin xarizmatik və yaraşıqlı kişi müğənnisi adı verilən Yaşar Cəlilov gələn ilin planlarını açıqlayıb. Mediainfo.az-ınməlumatına görə, o, 2015-ci ilin əvvəllərində yeni albomu, yenilənmiş saytı, yeni klipi və mahnısını təqdim edəcək. Hazırda müğənni üçüncü albomu üçün mahnılar üzərində çalışır. Musiqi toplusunda yer alacaq kompozisiyalardan biri isə yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək. Musiqisi Tərlan Məmmədhüseynov, sözləri Altay Yaşara məxsus olan mahnı "Ya bir olaq, ya iki" adlanır. Kompozisiya hazırda aranjiaman edilir. Y. Cəlilov albomu və saytı üçün fərqli və maraqlı fotosessiya etdirib. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, fotoqrafı Eldəniz Bədəlov, stilisti Elnur Həsənovdur.

Mediainfo.az