X Trio Qrupundan onları  səvənlərə yenilikləri var

X Trio Qrupundan onları səvənlərə yenilikləri var

22 Dekabr 2014 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qruplar arasında sevilən X Trionun rəhbəri İlkin Abbasov Mediainfo.az-a məlumat verib ki, bu il qrupla birgə yenilikləri çox olacaq və iki yeni mahnı yazdıracaqlar . Mahnılardan birinin musiqisi qrupun rəhbəri İlkin Abbasova, sözləri Altay Yaşara, oranjimani isə Rəşad Bağırova məxsusdur. Bunlardan "Sən istədin" adlı lirik mahnılarına klip də çəkdirəcəklərini bildirdi: "İkinci mahnı isə musiqisi və oranjimani Murad Şamilə, sözləri Tahir Məhərrəmliyə məxsus olan "Dəli-divanə" mahnısıdır ki, buna da inşallah, klip çəkdirəcəyik. Yeniliklərimiz boldur. Əminəm ki, bu il bizə düşərli olacaq . Yeniliklərimizdən biri də odur ki, tanınmış xanım müğənnilərdən biri ilə duet oxuyacağıq. Bununla biz qruplar arasında yeniliyə imza atmış olacağıq. Bir muğamın üstündə çalışırıq, Üç ifaçı olduğumuz üçün hərəmiz bir şöbəsini ifa edəcəyik. İnanıram ki, uğurlu alınacaq.