Maral Tahirqızı əməkdar artistləri ağ yuyub, qara sərdi

Maral Tahirqızı əməkdar artistləri ağ yuyub, qara sərdi

22 Dekabr 2014 13:47
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənimlə gündəmdə qalmaq istəyirlər"

Son günlər musiqiyə yad ola-ola səhnəyə can atmağın, avamlığın və savadsızlığın ümumiləşmiş simvolu olaraq obraza çevrilən Maral Tahirqızı media və sosial şəbəkələrin gündəmindədir: daha çox hədəf rolunu oynayan bu xanım müğənni ilə bir qədər ciddi söhbət etməyə çalışdıq.

- Sosial şəbəkələrdə, mediada sizə qarşı bu kampaniyanın səbəbi nədir?

- Hər kəs öz mədəniyyətini göstərir. Elza Seyidcahan efirdə mənim oxumağımı ələ salır. Elza getsin özü oxuduğu mahnılara nəzər salsın və sonra mənim oxumağıma irad tutsun. Onun oxuduğu mahnı, yazdığı şeirlər heç biri mənə çatmır. Kimsə bəyənə bilər, amma mən hələ indiyə qədər onun oxuduğu mahnıların eşqinə düşməmişəm. Dillər əzbəri olan bir mahnısını tanımıram. Elza gəlsin Azərbaycan xalq mahnısı oxusun, görüm, oxuya biləcək?!

Mənim adımla gündəmdə qalırlar

- Bəzən təhqir səviyyəsində səslənən tənqidlərin səbəbini axtarırsınızmı? Bu sizi narahat edirmi?

- Bu vaxta qədər bir çox proqramda qonaq olmuşam. Kim nə edirsə, özünə edir. Əgər bir aparıcı proqramına dəvət edib və sonra da məni orda tamaşaçı önündə qonaqları ilə bərabər ələ salmağa başlayırsa, həmin aparıcı, orda qonaq olan aktrisa və yaxud müğənni özünü hörmətdən salmış olur, məni deyil. Həmin şəxslər mənim vasitəmlə gündəmdə qalmaq istəyirlər. Yaxşı aparıcıdır, getsin maarifləndirici bir mövzu ilə yadda qalsın, Maral Tahirqızına söz atmaqla deyil.

- Bəs sizə dəstək olan heçmi yoxdur?

- Xalqın dəyər verdiyi müğənni Niyaməddin Musayev, Aslan, Namiq Qaraçuxurlu, Nadir Qafarzadə... mənə çox hörmətlə yanaşırlar. Mehriban Xanlarova isə məni və mənim sənətimi daş-qalaq edir. Mehriban Xanlarovanın indiyə qədər normal bir filmdə rol aldığını görməmişəm. Onun adı aktrisadır, özü yox. Mən şou-biznesdə yeni addım atıram deyə, məni gözləri götürmür.

Türkiyə konsertimdə izdiham yaşandı

- Bu günə qədər konsert proqramınız olubmu ?

- Əlbətdə, Türkiyənin İzmir şəhərində dəfələrlə konsert proqramıyla çıxış etmişəm. Orda məni çox sevirlər və hər dəfə konsertimdə böyük bir izdiham yaşanır.

- Müsahibələrinizin birində demişiniz ki, Ledi Qaqayla dostluq münasibətləriniz var və bu sözünüz də birmənalı qarşılanmayıb...

- Bəli, bir dəfə tələsirdim, gördüm ki, mənə Feysbuk səhifəmdə Ledi Qaqadan mesaj gəldi. Mən də tələsdiyim üçün qısa olaraq "hello" yazıb çıxdım. /axar/

Mediainfo.az