Elton Con kişi partnyoru ilə rəsmi qaydada evləndi! - FOTO

Elton Con kişi partnyoru ilə rəsmi qaydada evləndi! - FOTO

22 Dekabr 2014 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaşöhrətli müğənni Elton Con rəsmi qaydada kişi partnyoru ilə ailə qurub! Onun Devid Fernişlə toyu Britaniyada baş tutub.
Cütlük 21 illik bərabərlikdən sonra münasibətlərini qanuniləşdiriblər. E.Con imzalanma mərasimindən olan fotoları sosial şəbəkədəki səhifələrində paylaşıb. "İmzalanma başa çatdı. İndi mərasim başlayır".
Müğənninin toy mərasimi Britaniya şahzadəsinin vaxtının çoxunu keçirdiyi Vindzorsk sarayı yaxınlığındakı evində baş tutub. Tədbirdə 50-yə yaxın qonaq iştirak edib: Bekhemlər ailəsi, aktrisa Elizabet Herli, rok musiqiçi Ozzi Osborn və həyat yoldaşı Şaron və s.

Mediainfo.az