Ayan arzusuna çatdı

Ayan arzusuna çatdı

22 Dekabr 2014 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ayan Babakişiyevanın söz və musiqisi Tural Bayraməliyevə məxsus "Səndən sonra" mahnısının klip çəkilişləri artıq yekunlaşıb. Bəstəyə Ceyhun İbrahimoğlu və Vüsal Həsəni ekran həyatı verib.

"Klip şəhərdə və şəhərdən kənarda, eyni zamanda dəniz qırağında çəkilib. Söz verdiyim kimi böyük heyətin cəm olduğu bu layihə maraqlı alınıb. Klipdə stilistim Səbinə İmanova, geyimlərim üzərinə modelyer Şəlalə Qurbanova çalışıb. "Səndən sonra"nın ekran versiyası yaxın günlərdə təqdim ediləcək. Daha öncədə bildirmişdim ki, fərqli, maraqlı klip çəkdirmək istəyirəm. Arzuma çatdım. Əminəm ki, tamaşaçılar da bəyənəcək", - deyə Babakişiyeva bildirib.

Mediainfo.az