Sevda: “Səməd Səmədovdan 42 yaş kiçikdir “

Sevda: “Səməd Səmədovdan 42 yaş kiçikdir “

19 Dekabr 2014 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Səməd Səmədovla yollarını Sevda Əliqızı özünə yeni duet ortağı seçib.Məlumata görə, bu gənc müğənni Samir Vidadır. O, deyib ki, bundan sonra S.Əliqızı ilə toylara S.Səmədov yox, özü gedəcək: "Bundan sonra Sevda xanımla toylara mən gedəcəm. Yaşıdlarım arasında özüm kimi istedadlısını tanımıram. Hələ 26 yaşım var, cavan oğlanam, səsim yerindədir".

S.Əliqızı ilə S.Vida artıq ilk duetlərini də ərsəyə gətiriblər. Lent.az-a açıqlama verən Samir deyib ki, söz və musiqisi özünə məxsus "Qismət" adlı bəstəni lentə aldırıblar.

Xatırladaq ki, sentyabrda 68 yaşını qeyd edən S.Səmədovun yeni duet ortağı Şəbnəm Aslanqızının 29 yaşı, S.Əliqızının yeni duet ortağının isə 26 yaşı var.

Qeyd edək ki, S.Səmədov 15 illik duet ortağından ayrılmasına səbəb kimi S.Əliqızının qocalmasını göstərmişdi.

Mediainfo.az