Xalq artisti Rəmiş!

Xalq artisti Rəmiş!

19 Dekabr 2014 11:56
Bəyəndim (0) Bəyənmədim (0)
“Mənə verilən ad haqda eşidəndə çox sevindik. Gülüş hətta kövrəldi”

Məşhur gitara ustası Rəmiş xalq artisti adına layiq görülməsi ilə bağlı KİV-ə açıqlama verib:

"Xəbər bizə veriləndə Gülüşə paltar tikdirmək üçün atelyeyə getmişdik. Elə orada nə qədər hörmətli insanlar mənə zəng vurdu. Çox sevindik. 1966-cı ildən "Dan ulduzu" ansamblında çıxış edirəm. İndi 70 yaşım var. Nə yaxşı ki, indi verdilər. Öləndən sonra nəyimə lazım idi ad?!".
Xatırladaq ki, dünən prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Xalq artisti adına layiq görülənlər arasında Rəmiş də var, yəni Hüseynov Rafiq Hüseyn oğlu.

Mediainfo.az