Əməkdar artist Murad Dadaşov!

Əməkdar artist Murad Dadaşov!

19 Dekabr 2014 11:04
Bəyəndim (0) Bəyənmədim (0)
"Əziyyətimin bəhrəsin görmək çox xoşdur”

"Mən dünən çox vacib iş görüşməsində idim. Çoxlu təbrik mesaları gəlirdi. Mən də anlamıram. Ad günüm dekabrın 21-dir. Düşündüm yəqin çaşıb indidən təbrik edirlər. Daha sonra həyat yoldaşım zəng edib bu xoş xəbəri mənə verdi".
Bu sözləri Azərbaycan prezidentinin sərəncamı ilə "Əməkdar artist" adına layiq görülməsini şərh edərkən şoumen Murad Dadaşov söyləyib.
O, qeyd edib ki, bu onun üçün gözlənilməz olub və eşidəndə sevincinin həddi-hüdudu olmayıb."Bu sərəncam mənim üçün həqiqətən yerinə düşdü. Çünki yaşım az olsa da illərin yorğunluğu var canımda. Əziyyətimin bəhrəsin görmək çox xoşdur".
Murad Dadaşov dövlət başçısına da təşəkkür edərək bunun təkcə onun deyil, həmçinin tamaşaçılarının da uğuru olduğunu vurğulayıb. /ans/

Mediainfo.az