Arif Məlikov Elza Seyidcahan haqda şok açıqlamalar verdi

Arif Məlikov Elza Seyidcahan haqda şok açıqlamalar verdi

18 Dekabr 2014 13:13
Bəyəndim (0) Bəyənmədim (0)
“Sözün düzü, demək istəmirəm mən niyə onu öz sinfimə qəbul etmişəm...”

Görkəmli bəstəkar Arif Məlikov "Yeni Müsavat"a tələbəsi Elza Seydcahan haqda heç yerdə demədiyi şok faktlar danışıb. Bəstəkar bildirib ki, zamanında baş verən insafsızlığa son qoymasaydı, müğənni bu gün bu səvviyyə gəlib çıxmazdı:

"Sözün düzü, demək istəmirəm mən niyə onu öz sinfimə qəbul etmişəm. Bu çoxdan olub, mənim sinfimin qapısını ilk dəfə açanda Konservatoriyada onunla çox ağır rəftar etmişdilər, hər şey artıq həll edilmiş, "iki" yazıb kəsmişdilər. Yanında iki balası da var idi - bir qız, bir oğlan. Başladı ağlamağa. Soruşdum, niyə ağlayırsan, dedi ki, mən oxumaq istəyirəm, ancaq məni qəbul etmədilər. Dedim, sən oxuyacaqsan, heç soruşmadım, nə yazmısan. Axı necə dözəsən, ana ağlayır, yanında da iki balası . İndi estrada oxuyur, toylarda olur, uşaqlarını dolandırır, pulunu qazanır. Mən onda onu qəbul etməsəydim bunlar olmayacaqdı. İndi, şükür Allaha, ayda ildə bir dəfə gəlib məni görür, təzə evindən və sairə danışır".

Müğənni deyilənləri təsdiqləyib. Onun sözlərinə görə, əldə etdiyi nailiyyətlərə görə tanrıya və Arif Məlikova borcludur:

"O, iki uşağı olan Azərbaycan qadınına mərhəmət etdi. Mənə dedi ki, imtahandan kəsilməyinə baxmayaraq sən mənim sinfimdə dərs ala bilərsən. Beləcə bir il onun sinfində təmənnasız hazırlıq kimi təhsil aldım. Yazdığım prelüdləri daha mükəmməl formaya salaraq imtahanlarımı yenidən verdim və Konservatoriyaya daxil oldum. Bu cür dahi, görkəmli, şəxsiyyətli bəstəkarın sinfində dərs almaq şərəfinə nail olduğum üçün çox xoşbəxtəm".

Əfsanəvi bəstəkar bildirib ki, tələbəsinin fəaliyyətini bəyənir:

"Heç bilmirəm axır vaxtlar nə yazır və ya nə oxuyur. Ancaq hərdən konsertlərinə dəvət edir. Xatırlamıram itlər ya quşlar günü idi (gülür), məni də Mərdəkana konsertə çağırmışdılar. Getdim. Kimlərsə meymunla, itlə pişiklə gəlmişdi. Xoşuma gələn cəhət o oldu ki, heyvanları propaqanda edərək heyvanlar aləmini insanların düşüncəsinə cəlb edirdi. Burda axı pis heçnə yoxdur. Oxuyurdu camaat da onu alqışlayırdı, açıq konsert heyvanxanada, gəlib-gedən çay da içirdi özü üçün.

Digər konsertində gördüm ki, qəzetlərdən paltar tikib özünə, çox yaxşı da baxılırdı. Əgər insanda fantaziya, axtarış varsa bu çox yaxşıdır. O bizim getdiyimiz yolla deyil, estrada yolu ilə gedir. Hərdən toya dəvət edirlər, gedirik, bir də görürsən, Elza Seyidcahan oxuyur. İndi toylarda 50-si oxuyur, bu da 51-ci olsun".

Mediainfo.az