Nadir Qafarzadə: "Maral Tahirqızı özünü gicliyə qoyub!"

Nadir Qafarzadə: "Maral Tahirqızı özünü gicliyə qoyub!"

16 Dekabr 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni canlı efirdə həmkarını yıxıb-sürüdü

Mediainfo.az xəbər verir ki, bir az öncə "Gün işığı" verilişində qonaq qismində iştirak edən Nadir Qafarzadə yenə də qalmaqal yaratdı. Bu dəfə o, əks cinsin nümayəndəsini yıxıb-sürüdü. Söhbət son vaxtlar efirləri caynağına almış Maral Tahirqızıdan gedir.

Belə ki, canlı yayımda Nadir gündəmə gəlmiş M.Tahirqızını "gic" adlandırmaqdan belə çəkinmədi:

"Bu xanım necə deyərlər, özünü gicliyə qoyub. Düz deyirəm, o, özünü gicliyə qoymaqla gündəmə gəlməyi bacardı. Halal olsun ona. Müğənnilər var ki, illərdir populyar olmağa çalışırlar, amma onlarda alınmır. Bu adamın isə nəinki oxumaqdan başı çıxır, onun səsi belə yoxdur".

Xatırladaq ki, M.Tahirqızı özünü dünyanın ən zil səsli müğənnisi kimi tanıdır:

"Mən dünya üzrə ən zil səsə malik sənətçiyəm. Mənim həqiqətən yüksək səs diapazonum var. Mən Milli Konservatoriyanı bitirmişəm. Arif Babayevin tələbəsiyəm. Konservatoriyada hər kəs mənim səsimə yığılırdı. O zaman tar alətinin simini çəkirdilər ki, mənim səsimə kökləsinlər. Sim sınırdı, amma mənim səsimə çatmırdı. Yadımdadır, muğam ifaçısı Qəzənfər Abbasov hər kəsin qarşısında and içdi ki, Azərbaycanda bu səsdə ikinci ifaçı yoxdur. "Səsli sənətçi" adını isə mənə Türkiyədə veriblər. Mənim orada konsertlərim keçirilib. O qədər alqışlar səslənirdi ki, mən mahnımı sona qədər ifa edə bilmirdim. İndi burda mənim bu boyda səsimə qiymət vermirlər. Mənim səsim dünya üzrə birincidir. "Qızıl fond"da 36 mahnım var. 2006-cı ildə mən səs yazma studiyasında mahnı yazdıranda səsimin gözəl olduğunu görən bəzi adamlar mənə quyu qazdılar. Orada pul verib, səsimi xarab yazdırdılar. İndi "Youtube"de olan mahnılarım tam mənim səsim deyil. Məni o zaman aldadıblar. Səsimi bilərəkdən elə xarab yazıblar. Səsimi canlı dinləyən adamlar hamısı şoka düşür. Çünki bu gün internetdə dinlədiyiniz mahnılar məni istəməyənlərin işidir. Mən hələ də o mahnılardakı səsimi təmizlədə bilmirəm".

Hazırladı: Könül Aypara