Beren Saatın filmi telekanallarda yayımlanacaq

Beren Saatın filmi telekanallarda yayımlanacaq

16 Dekabr 2014 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyədə yetərincə tanınmış aktrisalardan biri olan Beren Saat sosial şəbəkələrdəki səhifələrində pərəstişkarlarına müraciət edib: "Qətiyyən qaçırmayın!"

Keçən il Beren Saatın "Benim dunyam" adlı filmi tamaşaçıların ixtiyarına buraxılmışdı. Filmdə aktrisanın tərəf müqabili Uğur Yücel idi.

Filmdə Beren iki yaşında keçirdiyi xəstəliklə əlaqədar olaraq gözlərini və duyma hisslərini itirmiş gənc bir qızı canlandırmışdı.

Qeyd edək ki, "Benim dünyam" filmi tezliklə telekanallarda yayımlanacaq. Bu xəbərə sevindiyini vurğulayan aktrisa sosial şəbəkələrdə, "izləyən qalmasın!" notunu verib.

Günel Həbib